Riqanın mərkəzində koronavirus pandemiyası ilə bağlı karantin məhdudiyyətlərinə və məcburi peyvəndləməyə qarşı etiraz aksiyası keçirilib.
Unikal.org xəbər verir ki, etiraz aksiyasında bir neçə min insan iştirak edib.
Aksiyanın önündə gedən Latviyanın keçmiş iqtisadiyyat naziri və keçmiş nəqliyyat naziri Ainars Slesers aksiyanın məqsədinin dinc yolla hakimiyyət dəyişikliyi olduğunu deyib:
"Hökumətdə olan insanlar keçmişdə qalmalıdır, bu, bizim əsas məqsədimizdir".
Ağazra Elçinoğlu