Koronavirusa qarşı fövqəladə vəziyyətin sentyabrın 12-dək uzadılan Yaponiyadan daha bir xəbər var.
Unikal.org-un məlumatına görə, Yaponiyanın Baş naziri Yoshihide Suga insanları evdən işləməyə çağırıb. Belə ki, ölkədəki gündəlik yoluxma sayını müzakirə edən baş nazir, yapon xalqına çağırış edib:
"Evdən işləmək bir tədbirdir. Biz evə qapanaraq, virusun qarşısını ala bilərik. Sizləri, evdən işləməyə səsləyirik. Bəzi sənaye sahələrində çətin ola bilər, amma biz buna məcburuq!".
Qeyd edək ki, Yaponiyada gündəlik yoluxma 23 mini ötür.
Gülayə Mecid