Çin, "Tianhui II-02" peyk qrupunu ölkənin şimalındakı Şanxi əyalətindəki Taiyuan Peyk Uçurma Mərkəzindən uğurla havaya qaldırıb. 

Unikal.org xəbər verir ki, raket avqustun 19-u, səhər saatlarında uçuşa start götürüb. 

Peyk qrupu "Long March-4B" daşıyıcı raketi ilə uçaraq planlaşdırılan orbitə daxil olub. 

Qeyd edək ki, bu, daşıyıcı raketlərin 384-cü missiyası idi.

Ağarza Elçinoğlu