Daxili İşlər Nazirliyi (DİN) ötən gün Gornaboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, avqustun 18-də saat 18 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Yevlax rayon sakini E.Əsgərov idarə etdiyi “Ford Transit” markalı avtomobil aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 4 nəfəri aldığı xəsarətlərdən hadisə yerində ölüb, bir sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.