Radikal “Taliban” hərəkatı tezliklə Əfqanıstanın idarə ediləcəyi yeni siyasi sistemi təqdim edəcək.

Unikal.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın nümayəndəsi “Reuters” agentliyinə bildirib.

“Hüquq, din və xarici siyasət üzrə ekspertlər yaxın həftələrdə ölkənin yeni idarəetmə sistemini təqdim etmək niyyətindədirlər”, - o deyib.

“Taliban” nümayəndəsi əlavə edib ki, yeni idarəetmə forması bütün əhalinin müdafiəsinə yönələcək.

Onun sözlərinə görə, “Taliban” danışıqlarda Qərb qoşunlarının dost şərtləri əsasında ölkədən çıxarılmasını müzakirə edir.