Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 120 kvadrat metr olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 85 kvadrat metr sahədə və çardağı yanıb.

Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.