Böyük Britaniya Kraliçası II Yelizaveta şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl ilə mübarizə aparmaq üçün bir qrup vəkil tutub.
Unikal.org "The Sun" nəşrinə istinadən xəbər verir ki, şahzadə Harri və onun həyat yoldaşı dəfələrlə kral ailəsinə qarşı çıxıblar.
Məlumata görə, II Yelizaveta məhkəməyə getməyə hazırdır, lakin yaxınlarının ağıllanıb münaqişəyə son qoyacağına ümid edir:
"Nə qədər dözəcəklər? Bir hədd var. Kraliça və ailəsinə onsuz da kənarda kifayət qədər hücumlar olur. Harri və Meqan təkrar hücumların qəbuledilməz olduğunu öyrənəcək və başa düşəcəklər".
Eyni zamanda bildirilib ki, indi vəkillər böhtan mövzusunda mütəxəssislərlə məsləhətləşirlər.