Dünyanın ən dəyərli kriptovalyutalarından olan "Bitcoin"in qiyməti 15 may tarixindən ilk dəfə olaraq qısa müddətdə 50 min dolları keçib.

Unikal.org xəbər verir ki, ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan "Binance" da Bakı vaxtı ilə 06:42 tarixinə "Bitcoin"dən 2,5 % çox bahalaşaraq 50 min dolları ötüb.

Daha sonra kriptovalyutanın kursu azalıb və qiyməti 49,9-49,8 min dollar arası olub.

Qeyd edək ki, kriptovaltutanın rekord qiyməti aprel ayında 64,85 min dollar təşkil edib.

Ağarza Elçinoğlu