Bakıda anbardan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki anbarların birindən 20000 manat dəyərində 33 ədəd alüminum qəliblər oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Keçirilən əməliyyatla paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Vahabzadə saxlanılıb.