Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiq edilib.

Unikal.org xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.