Aktyor Celil Nalçakan "Tarixi bilən bir gənc sırğa taxmaz" deyən məşhur Türk altyoru Cüneyt Arkına "Twitter" hesabı üzərindən cavab verib. 

Unikal.org xəbər verir ki, Cüneyt Arkın son müsahibəsində bəzi türk gənclərini tənqid edərək sırğa və estetika ilə bağlı düşüncələrini dilə gətirib. Sözlərinə görə qısa müddətdə gündəmə gələn Arkınla razılaşmayan həmkarı Nalçakan ona cavab olaraq bu sözləri qeyd edib:

 "Ustadımıza sonsuz hörmətimiz var, amma Allah xatirinə, bu nədir? Başqasının saçından, sırğasından, dinlədiyi musiqidən sənə nə, bizə nə? Əgər özümüzə qayıdırıqsa, əvvəlcə ruzimizi gizlətmək əvəzinə paylaşmağı, zülm etmək əvəzinə ayağa qalxmağı, öldürmək əvəzinə təbiətin bir parçası olaraq yaşamağı xatırlayaraq başlayaq".

Ağarza Elçinoğlu