"The Economist" jurnalı 2021-ci il üçün hazırladığı hesabatda dünyanın ən təhlükəsiz şəhərlərini açıqlayıb.
Unikal.org xəbər verir ki, hesabatda Bakı "Təhlükəsiz Şəhərlər İndeksi 2021" (Safe Cities Index) reytinqinə görə dünyanın 70 ən təhlükəsiz şəhərləri sırasındadır. Reytinqdə göstərilən şəhərlər səhiyyə və şəxsi təhlükəsizlik, infrastruktur təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik olmaqla 4 göstərici üzrə 56 indikatora əsasən dəyərləndirilib.
Qeyd edək ki, məşhur jurnal hər iki ildən bir bu şəhərlərin siyahısını hazırlayır. Bu ilki hesabatda Danirmarkanın paytaxtı Kopenhagen 82.4 balla birinci yeri tutub. Siyahıda Bakı şəhəri 52-ci yeri tutub.
Postsovet məkanından isə yalnız iki şəhər - Bakı və Moskva bu siyahıda qiymətləndirilmək səviyyəsinə yüksələ bilib.
İlk 3-lük isə belə sıralanıb:
1. Danimarka, Kopenhagen
2. Kanada, Toronto
3. Sinqapur
Ağarza Elçinoğlu