Taliban Əfqanıstanda müdafiə naziri vəzifəsinə Quantanamodakı keçmiş məhbus Əbdül Kayyum Zakiri təyin edib.
Unikal.org xəbər verir ki, bu məlumatı “Alarby” saytı yayıb.
Qeyd edək ki, Zakir 2001-2007-ci illərdə Quantanamoda həbsdə olub. O, Əfqanıstanın işğalından sonra amerikalıların əlinə keçmişdi. Zakir həmçinin avqustda Kabilə daxil olan Taliban qoşunlarına rəhbərlik etmişdi. Qərb mətbuatı Zakiri SEPAH generalı İsmayıl Qəninin dostu adlandırır.