Dünya Bankı Əfqanıstana maliyyə yardımını dayandırdığını açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Dünya Bankının sözçüsü, Əfqanıstandakı vəziyyətdən və ölkənin, xüsusən də qadınların inkişaf perspektivlərinə təsirindən "çox narahat olduğunu" söyləyib.
"Əfqanıstandakı əməliyyatlarımızda ödəmələri dayandırdıq, vəziyyəti daxili siyasətimizə və prosedurlarımıza uyğun olaraq yaxından izləyirik və qiymətləndiririk" ,- deyə sözçü qeyd edib.
Açıqlamada, bankın beynəlxalq ictimaiyyət və inkişaf tərəfdaşları ilə sıx əlaqələr qurmağa davam edəcəyini də bildirilib.
Gülayə Mecid