Ermənistan parlamentində bu gün deputatlar arasında ikinci dava baş verib, iclas yarımçıq dayandırılıb.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, deputatlar bir-birlərinə qarşı qeyri-etik ifadələrdən istifadə ediblər, daha sonra əl-qol davasına çıxıblar. Belə ki, parlamentin iqtisadi məsələlər komissiyasının rəhbəri, “Ermənistan” blokunun deputatı Vaqe Akopyanın çıxışı zamanı hakim partiyadan olan deputatlardan biri ona replika atıb. Akopyan cavab verərək tribunanı tərk edib və hakim "Vətəndaş müqavilə"si fraksiyasına doğru gedib.
Əvvəlcə söz davasına çıxan deputatlar, daha sonra bir-birlərinə təpik-yumruq tətbiq ediblər. İclas yarımçıq dayandırılıb.
Qeyd edək ki, bu gün səhər də erməni deputatlar arasında dava olub, onlar bir-birlərinə su şüşələri atıblar.
Gülayə Mecid