AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Unikal.org xəbər verir ki, Komitənin qərarına əsasən, avqustun 21-də Premyer Liqanın II turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Həmçinin, həmin oyunda matçın 90+5-ci dəqiqəsində “Keşlə” klubunun 4 nömrəli futbolçusu Şəhriyar Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. (maddə 41.3)
Avqustun 22-də Premyer Liqanın II turunun “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.