Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Kiçik körfəz” adlanan ərazisində ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Unikal.org-a açıqlamasında bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran şəhər sakini Əliyev Hakim olduğu məlum olub. 

“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Seymur Əli