II Dünya Müharibəsi iştirakçısı olan neftçalalı veteran vəfat edib.

Unikal.org-un məlumatına görə, veteran Nağıyev Zəbulla Cəfər oğlu 96 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1925-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub.

Z.Nağıyev SSRİ Silahlı Qüvvələrində xidmət edib, müharibə cəbhələrində Ukraynaya qədər qəhrəmanlıqla vuruşub, müxtəlif orden və medallara layiq görülüb. (report)