Ukraynanın sahil şəhərlərindən biri olan Odessada keçmiş SSRİ Prezidenti İosif Stalinin dövrünə aid kütləvi məzarlıq aşkarlanıb.
Unikal.org xəbər verir ki, təxminən 5 hektar ərazidə 29 məzarda tapılıb. Səlahiyyətli şəxslər məzarlıqda 5-8 min insanın qalıqlarının olduğunu bildirib.
Odessa Bələdiyyəsinin verdiyi açıqlamaya görə, 1930-cu illərin sonlarına aid olduğu düşünülən məzarlar, ərazinin genişləndirilməsi planlaşdırılan kəşfiyyat işləri zamanı ortaya çıxarılıb.
Ərazidə qazıntılar davam edir.
Gülayə Mecid