AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, “Avropa Nəşr Mətbu Evi”nin direktoru Şöhrət Səlimbəyli vəfat edib. 

Unikal.org xəbər verir ki, Qarabağ Müharibəsi veteranı, jurnalist Ş. Səlimbəyli ötən gün koronavirus səbəbindən dünyasını dəyişib.

Bildirilib ki, 60 yaşlı jurnalistdə bir neçə gün əvvəl COVID-19 aşkarlanıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") müalicə alırdı.