İran Əfqanıstanın paytaxtı Kabildə onlarla insanın ölümünə səbəb olan terror aktlarını qınayıb.

Unikal.org xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə Əfqanıstanda baş verən terror aktlarından dərin təəssüf hissi keçirdiyini bildirib.

Əfqanıstan xalqına qarşı hər cür terror aktını qınadıqlarını vurğulayan Hatibzadə, ən qısa zamanda  təhlükəsizlik qurumlarının insanların həyatını və mallarını qoruması lazım olduğunu ifadə edib. 

Gülayə Mecid