Ermənistan hökuməti "Artsax" adlandırdıqları qondarma quruma 13,4 milyard dram verilməsi layihəsini təsdiqləyib.
Unikal.org xəbər verir ki, layihəni bu gün Nazirlər Kabinetinin iclasında maliyyə naziri Tiqran Xaçatryan təqdim edib.
""Artsax"dakı iqtisadi həyatın tədricən yaxşılaşmasına və dövlət büdcəsinin vergi gəlirlərinin artmasına baxmayaraq, bu, sosial və iqtisadi proqramların bütün maliyyələşdirilməsini təmin etmək üçün hələ də kifayət deyil", - deyə Xaçatryan bildirib.
O bildirib ki, bu pullar maaş, pensiya, səhiyyə xərcləri, elektrik enerjisi, qaz təchizatı və rabitə xidmətləri xərcləri üçün veriləcək.
Ağarza Elçinoğlu