Türkiyənin Konya şəhərində yeniyetmə öldürülüb.

Unikal.org "Haberler.com"a istinadən xəbər verir ki, hadisə bu gecə saat 3 radələrində, şəhərin Səlcuqlu qəsəbəsində qeydə alınıb. 18 yaşlı Özgür Koyun və dostu küçədə rastladıqları 16 yaşlı yeniyetmədən siqaret istəyib.

Bundan sonra tərəflər arasında dava düşüb. Nəticədə yeniyetmə üstündə gəzdirdiyi bıçaqla Özgüy Koyunun ürək nayihəsinə zərbə endirərək qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Barəsində cinayət işi açılan 16 yaşlı gənc isə istintaq üçün yeniyetmələr şöbəsinə təslim edilib. 

Ağarza Elçinoğlu