Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

Unikal.org xəbər verir ki, Birinci Aral kəndi ərazisində Şəmsabad kənd sakini Aydın Əliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Yuxarı Ləki kənd sakini Həsrət Məmmədovun idarə etdiyi “VAZ-2101” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-21099”da olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)