Zərdabda yanğın hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə Nəzəralı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Xəlilov Xalid Xəlil oğluna məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb və onun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.