Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası hadisəsi qeydə alınıb. 

Unikal.org xəbər verir ki, hadisə şəhərin ,"Xan Bağı" adlan ərazisində olub. 

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən ortayaşlı kişini vurub.

Yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.