Salyanda Kürdə boğulan gəncin axtarışları hələ də davam edir.

Unikal.org-un məlumatına görə, Salyan şəhər sakini, 15 yaşlı Emin Əziz oğlu (soyadı dəqiqləşdirilir-red) və daha iki nəfər qayıqla Kürün Şirvan tayına keçmək istəyən zaman qayıq aşıb. Bu zaman onların hər üçü çaya düşüb. Çaya düşənlərdən ikisi xilas olsa da, Emin çayda batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***21:50

Salyanda gənc oğlan Kür çayında batıb.

Unikal.org-un məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, 15 yaşlı gənc (ad və soyad dəqiqləşdirilir-red) Kür çayına düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib, axtarışlar işləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.