Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Abbasova Arzu Füzuli qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və hər iki qolun sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin təfərrüatı araşdırılır.