Şirvanda çörək sexində partlayış baş verib.

Unikal.org-un məlumatına, hadisə T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.
Partlayış nəticəsində bir nəfər - Şirvan sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğlu dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan YMX-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil.