Rusiyanın Sankt-Peterburq şəhərindəki "Smorodintsev" Qrip Araşdırma İnstitutu ilin sonuna qədər yeni COVID-19 vaksininin sınaqlarına başlayacaq.

Unikal.org "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə İnstitutun dirtektoru Dmitri Lioznov məlumat verib.

Onun sözlərinə görə, klinikada aparılan ilkin testlər artıq başa çatıb və indi institut növbəti mərhələnin təsdiqlənməsi üçün sənədləri təqdim edib. Yeni vaksinin həm koronavirus infeksiyasından, həm də A qripindən qoruyacağı bildirilib.

Qeyd edək ki, hazırda Rusiyada 5 COVID-19 peyvəndi qeydə alınıb.

Ağarza Elçinoğlu