Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Bürcəli kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Zaur Sənan oğlu Ağayevi avtomobil vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin kim tərəfindən və hansı avtomobillə törədildiyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(apa.az)