Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin avqust ayında 2 hadisə nəticəsində 2 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyi qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib.
Onun sözlərinə görə, nəticədə biri mina təmizləyən olmaqla iki mülki şəxs yaralanıb.
2021-ci ilin avqust ayında minalarla bağlı hadisələr Ağdam və Daşkəsən rayonlarının ərazisində baş verib.