Bakıda partlayış hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və övladı xəsarət alıb.

5 saylı Kliniki Xəstəxanasından (Nərimanov Tibb Mərkəzi) bildirilib ki, ana və övladının bədəninin 60 faizi yanıb:

"“Partlama nəticəsində ana - Məmmədzadə Samirə Həsən qızı və övladı 2-ci dərəcəli yanıq diaqnozu (60 %) ilə xəstəxanaya yerləşdirilib. Mümkün bütün tədbirlər həyata keçirilir”.