Gəncədə döyülmə faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, 1999-cu il təvəllüdlü T. Məmişova həyat yoldaşı 1992-ci il təvəllüdlü Muraz İsgəndərov tərəfindən döyülüb.
Qadın döyülməsi nəticəsində ağır bədən xəsarətlərindən 18-19 həftəlik hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri polis tərəfindən araşdırılır.