Qəbələ rayonunun Yenikənd kəndində məktəbli qız özünü asıb.
Bu barədə Unikal.org-a Yenikənd kəndinin icra nümayəndəsi Nazim Məmmədov məlumat verib.
O, bildirib ki, 2008-ci il təvəllüdlü Həlimə Emin qızı Hüseynova özünü asaraq intihar edib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə aparılıb.
İcra nümayəndəsi bildirib ki, intihar edən azyaşlının 2001-ci il təvəllüdlü bacısı, və balaca qardaşı olmaqla, ailədə 3 uşaq olublar. İlkin məlumata görə, ailədə heç bit problem olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ağarza Elçinoğlu