Qarabağdakı döyüşlər zamanı məhv edilən daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Meyit Xocavənd rayonunun Hadrut ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1657-ə çatıb.