Sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxaların qapalı məkanlarında göstərilən xidmətlərdən istifadə COVID-19 pasportu, immunitet sertifkatı əsasında təşkil olunur. 

Mövcud vəziyyət, aparılan monitorinqlər bağlı Unikal.org-un sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabr ayının 1-dən bu günə qədər aşkarlanan hüquq pozuntuları sırasında respublika üzrə 19 ictimai iaşə obyektində (restoran, kafe, çay evi) 18 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. Onların sırasında inzibati həbs və cinayət işi yoxdur, yalnız 1 fakt üzrə araşdırma apaılır. 

Aparılan təhlillər və monitorinq nəticələri göstərir ki, müəyyən olunan qayda və tələblərə ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxanalarda ciddi əməl olunur. Bu qaydalara əməl edən, işinə və fəaliyyətinə məsuliyyətlə yanaşan fiziki, hüquqi və vəzifəli şəxslərə minnətdarlıq edirik.

Seymur Əli