"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, o hədə qorxu ilə tələb etməkdə təqsirləndirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Unikal.org-a faktı təstiqləyiblər.
Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, "Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.
Seymur Əli