Azərbaycanda cari ildə 300-dən çox intihar hadisəsi baş verib.
Bu barədə Unikal.org-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.
O, qeyd edib ki, 2021-ci ilin I yarımili ərzində respublikada 239 kişi olmaqla, 322 nəfər intihar edib.
İntihar hadisələrinin 115-i paytaxtda, 207-si isə digər rayon və şəhərlərdə qeydə alınıb.