Goranboy rayonunun Borsunlu kəndində “Mercedes” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılmış ümumi çəkisi 20 ton olan pambıq bağlamalarının 7 tonu yanıb.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Avtomobilin və pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.