Feysbuk platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır.
Unikal.org xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir.
"Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir. Cihaz, həmçinin mikrofon və dinamiklə təchiz edilib. Eynəklərin başlanğıc qiyməti 299 ABŞ dollarıdır.
Məhsul 20 fərqli dizaynda olacaq, ABŞ, Avstraliya, Kanada, İrlandiya, İtaliya və İngiltərədə satışa çıxarılacaq.