Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini G.Abdullayevanın koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub. Onun şəhər ərazisində olduğu müəyyən edilib və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.