"ABŞ-ın Rusiya və Çinlə müharibəyə başlaması planet üçün ən dəhşətli gün olar".
Unikal.org xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi sədrinin müavini Con Hayten deyib.
"Böyük güclərə gəlincə, bizim hədəfimiz Çin və Rusiya ilə müharibəyə girməmək olmalıdır. Ona görə ki, bu, planet üçün, bütün ölkələr üçün dəhşətli olar. Bu, dünyanın məhvi deməkdir", – deyə o bildirib.