Ötən ay müəmmalı şəkildə intihar edən Turan Nəbizadənin ailəsində daha bir faciə baş verib. Mərhumun bacısı Təranə koronavirus infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat verib.
Xatırladaq ki, Turan Nəbizadənin avqustun 22-də intihar etdiyi bildirilir. 31 yaşlı Turan Dövlət Əmək Müfəttişliyinin sabiq rəisi Rauf Tağıyevin gəlini idi.
Mərhumun yaxınları bildirir ki, Turan Nəbizadə uzun müddət ailədaxili psixi zorakılığa məruz qalıb və bu barədə atası ilə uzun yazışmaları var.
İntihar hadisəsi ilə bağlı cinayət işi açılıb.
Onu da qeyd edək ki, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru olan Rauf Tağıyev 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun köməkçisi və partiyanın təşkilat şöbəsinin müdiri olub.
1996–2013-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Miqrasiya İdarəsinin rəisi, Dövlət Əmək Müfəttişliyinin rəisinin müavini və rəisi olub.( Musavat.com)