İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsəd Hadrut ərazisində aşkar edilib.
Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 667 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.