Gəncə şəhərində yerləşən istintaq təcridxanasında dustaq intihara cəhd edib.
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 15-i saat 15 radələrində Ədliyyə Naziriyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında baş verib.
Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə təqsirləndirilən Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Şirinov Elvin Aydın oğlu təcridxananın sanitar qovşağında intihar məqsədilə ülgüclə boğazını kəsib.
E.Şirinov Gəncə Beynəlxalq xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.