Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Mercedes-Benz" və "DAF" markalı yük avtomobilləri saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, müxtəlif adlarda olan 59 280 kapsul qida əlavələri, onlara məxsus boş qutular, 1 220 həb, 300 ampula dərman preparatları və 60 ədəd tibbi şam aşkar edilib.