Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da ABŞ-a səfər edəcək.
Unikal.org "HaberTürk"ə istinadən xəbər verir ki, bunu Ərdoğan ABŞ səfəri ilə bağlı sualı cavablandırarkən özü deyib.
Bildirilib ki, o, 19-22 sentyabr tarixində keçiriləcək BMT-nin Baş Assambleyasına qoşulacaq.
"Nəsib olarsa, bazar günü (sentyabrın 19-u) ABŞ-dayıq. Bazar ertəsi günü Nyu-Yorkda BMT Bas Assambleyasının iclasına qatılacağıq. Həmin gün BMT binası qarşısında tikilən 36 mərtəbəli "Türk Evi"nin açılışında iştirak edəcəyik"- deyə Türkiyə Cümhuriyyətinin Prezidenti qeyd edib.
Ağarza Elçinoğlu