ABŞ və Avropa vətəndaşı olan 170 nəfər çarter reysi ilə Əfqanıstanı tərk edib.
Unikal.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
Təyyarənin Qətərin paytaxtı Dohaya uçduğu bildirilir.
Təyyarədə olan şəxslər Belçika, Britaniya, Xorvatiya, Almaniya, Hollandiya, İtaliya, ABŞ vətəndaşlarıdır.