Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Eldar Həsənov ifadə verməyə davam edib. O, səhhətindəki problemlərin daha da kəskinləşdiyini deyib və xəstəxanaya köçürülməsini istəyib. Hakim isə bildirib ki, onun xəstəxanaya köçürülməsi üçün ekspertiza rəyi olmalıdır:
Eldar Həsənovun vəkili onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi haqda vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib.
Daha sonra Eldar Həsənovun durumu pisləşib, məhkəməyə təcili yardım çağırılıb. Məhkəmə sentyabrın 20-nə qədər təxirə salınıb.
Qeyd edək ki, məhkəmədən sonra sosial şəbəkədə Eldar Həsənovun məhkəmə binasında xərəkdə fotosu yayılıb.